Kaxa Kaladze - Ölkəmizə və bu ölkədə yaşayan insanlara zərər verəcək qərar qəbul etməyəcəyik
Gürcüstan hökuməti sanksiyalara qoşulmur, biz dəfələrlə bəyanat vermişik, ölkəmiz üçün və bu ölkədə yaşayan insanlar üçün zərərli qərar qəbul etməyəcəyik – deyə paytaxt meri Kaxa Kaladze bildirib.
Kaxa Kaladzenin qeyd etdiyi kimi, məhdudiyyətlər Rusiya tərəfindən birtərəfli qaydada qoyulub.
“Mən vizasız gediş-gəlişin və uçuşların mümkünlüyü barədə qərarı təqdir edirəm, bunda qəbahət yoxdur” – deyə Kaxa Kaladze bildirib.
Jurnalistlərin dəmir yolu hərəkətinin bərpa oluna biləcəyi, hökumətin bu güzəştə razı olub-olmayacağı ilə bağlı sualına Kaxa Kaladze belə cavab verib: “Bu barədə ilk dəfədir eşidirəm. Ümumiyyətlə, Gürcüstanın hansı güzəştləri və addımları var, bu, Rusiyanın qoyduğu birtərəfli sanksiya idi, bu sanksiyanı ləğv etmək qərarına gəldilər. Gürcüstan hökuməti sanksiyalara qoşulmur. Bununla bağlı biz dəfələrlə bəyanat vermişik, ölkəmizə zərər verəcək və bu ölkədə yaşayan insanlara zərər verəcək qərar qəbul etməyəcəyik”- deyə Kaxa Kaladze bildirib.