Kaxa Kaladze - ölkədə özünü siyasi partiya kimi qələmə verən xarici təsir agentləri var
Ölkədə müxtəlif siyasi partiyalar kimi özünü qələmə verən çoxlu xarici təsir agentləri var-deyə paytaxt meri Kaxa Kaladze bildirib. O, bu barədə mətbuata müxalifətin birləşməsi ilə bağlı sualı cavablandırarkən danışıb.
Kaxa Kaladzenin qeyd etdiyi kimi, müxalifət nümayəndələri xarici dövlətlərin maraqlarını öz ölkələrinin maraqlarına qarşı güdürlər.
“Cəhd müxalifəti birləşdirməkdir, amma bir şey aydındır – ölkəmizin əhalisi əslində bu insanların kim olduğunu görür. Təəssüflə qeyd etməliyik ki, ölkədə çoxlu xarici təsir agentləri var. Bu insanlar müxtəlif siyasi partiyalar kimi özlərini göstərirlər. Bu gün onları “Milli Hərəkat” adlandıracaqlar, sabah “Avropalı Gürcüstan”, ertəsi gün “Droa”, ertəsi gün “Lelo” və s. Bu insanlar birdir, bir rəhbərləri var, bir əldən idarə olunurlar. Ən böyük bədbəxtlik odur ki, Gürcüstana qarşı, ölkənin gələcəyinə qarşı fəaliyyət göstərirlər. Onlar öz ölkələrinin maraqlarını qorumamaq bahasına xarici dövlətlərin maraqlarını güdürlər. Əhalimiz bu cür siyasi qruplara, belə insanlara hər zaman layiqli cavab verəcək” – deyə Tbilisi meri açıqlayıb.