Kaxa Kaladze - ölkədə mütləq sülh və inkişaf olacaq, Avropaya inteqrasiya yolunda addımlar atılacaq
Kaxa Kaladze - ölkədə mütləq sülh və inkişaf olacaq, Avropaya inteqrasiya yolunda addımlar atılacaq

Ölkədə sülh və inkişaf olacaq, Avropaya inteqrasiya istiqamətində addımlar atılacaq. – Tbilisi meri Kaxa Kaladze bu barədə videomüraciətində bildirib.

Kaladzenin sözlərinə görə, təəssüflər olsun ki, son günlər həm ölkə daxilində, həm də ölkə xaricində müəyyən qüvvələr var ki, onlar ölkəyə xaos gətirməyə cəhd ediblər.

Sizə, ölkəmizin vətəndaşlarına müraciət edərək demək istəyirəm ki, mütləq sülh, inkişaf olacaq və ölkəmizin Avropaya inteqrasiyası yolunda bütün addımlar atılacaq”. – Kaxa Kaladze dedi.