Kaxa Kaladze - ölkədə qeyri-sabit vəziyyət arzulayan insanların heç biri Tbilisinin çiçəklənməsinə yönəlmiş layihələri dayandıra bilməz
Kaxa Kaladze - ölkədə qeyri-sabit vəziyyət arzulayan insanların heç biri Tbilisinin çiçəklənməsinə yönəlmiş layihələri dayandıra bilməz

 

Ölkədə qeyri-sabit vəziyyət arzulayan insanların heç biri Tbilisinin çiçəklənməsinə yönəlmiş layihələri dayandıra bilməz-bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistin sualına cavab olaraq açıqlayıb.

O, müxalifətin paytaxtın 2023-cü ilin büdcəsini dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq, Tbilisinin inkişafı və quruculuğu davam etdirəcəyini bildirib.

“Müxalifətin nəyi dəstəkləyəcəyi məni maraqlandırmır. Mən 2017-ci ildən şəhərin meriyəm və bizim heç bir təşəbbüsümüz, islahatlarımız, büdcə təsdiqlərimiz onların dəstəyini almayıb. Bununla nəsə məhv mi oldu?! Şəhərin inkişafı və quruculuq davam edir. Ölkədə qeyri-sabit vəziyyət arzulayan heç bir şəxs Tbilisinin və Tbilisi əhalisinin rifahına yönəlmiş layihələri dayandıra bilməyəcək”- deyə Kaxa Kaladze açıqlayıb.