Kaxa Kaladze - Ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələrə, bunu etməyə imkan verməyəcəyik
Paytaxtın meri Kaxa Kaladze bəyan etdi ki, müəyyən qüvvələr tərəfindən, qətl faciəsi ilə manipulyasiya cəhdi aşkardır.
Kaxa Kaladze qətlə yetirilən yeniyetmələrin ailələrinə yenə bir daha baş sağlığı verdi.
“Davit Saralidzenin və Levan Dadunaşvilinin ailəsinə yenə bir daha baş sağlığı verirəm və dərin üzüntülərimi bildirmək istəyirəm. Gənclər arasında həqiqətən də ağır bir fakt baş verdi. Bilirsiniz məhkəmə bir qərar verdi və iki cinayətkar həbs edildi, ancaq aşkar şəkildə görürük ki, müəyyən qüvvələr bu faktla və ailələrin faciəsi ilə manipulyasiya etməyə çalışırlar.
Əlbəttə ki, hər bir vətəndaşın özünü ifadə haqqı var, ancaq həmin qüvvələrə demək istəyirəm ki, ölkədə qarışıqlıq yaratmağa imkan verməyəcəyik” – dedi Kaxa Kaladze.