Kaxa Kaladze - ölkə daxilində və xaricdə ölkədə dövlət çevrilişi təşkil etməyə çalışan qruplaşmalar var, heç kimdə alınmayacaq
Kaxa Kaladze - ölkə daxilində və xaricdə ölkədə dövlət çevrilişi təşkil etməyə çalışan qruplaşmalar var, heç kimdə alınmayacaq

Mixeil Saakaşvili əslində maraqlı deyil. Bu şəxs cəza çəkir, o, konkret məsələlər üzrə günahkardır – bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Kaladze Gürcüstanın keçmiş prezidenti Mixeil Sakaşvilinin təxribatçı qrup Gürcüstana daxil olub və bu səbəbdən “mülki müdafiə” üçün qaynar xətt yaratmaq istədiyinə dair bəyanatına münasibət bildirib.

“Ölkədə ümumi sabitliyin pozulmasına gəlincə, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti ölkə daxilində və xaricdə dövlət çevrilişi təşkil etmək, dövlət çevrilişi etmək istəyi və cəhdi olan, hər vasitə ilə hakimiyyət çevrilişi etmək istəyən qrupların olması ilə bağlı açıqlamalar verib. Bu heç kimdə alınmayacaq, bütün belə hərəkətlər qanunla cəzalandırılacaq. Müvafiq xidmətlər ən yüksək standartlara cavab verirlər və ölkədə sülhün qorunması və ölkənin iqtisadi inkişafı üçün hər şey ediləcək”- Kaladze bildirib.