Kaxa Kaladze - nazirliklərin azaldılması barəsində komandada müzakirələr aparılır
Tbilisi meri, Kaxa Kaladzenin məlumatına görə, nazirlər kabinetinin üzvləri olaraq kimlərin təqdim edilməsi sabah və ya iki günə məlum olacaq.
Kaladzenin qeyd etdiyinə görə, hakim komandada nazirliklərin azaldılması barəsində də müzakirələr aparılır.
“Nazirlər kabinetinin komplektləşdirilməsi həyata keçirilir. Bu barədə komandada müzakirələrə başlanıb. Tezliklə, sabah və ya iki günə baş nazirliyə namizədin kimləri təqdim edəcəyi məlum olacaq. Nazirliklərin azaldılmasına gəldikdə, bu barədə komandada müzakirələr aparılır. Bu barədə də ictimaiyyət üçün məlum olacaq”, – Kaxa kaladze bəyan etdi.