Kaxa Kaladze - narahatlığa görə Tsereteli prospektində yaşayan insanlardan üzr istəyirəm, işləri vaxtında başa çatdırmaq üçün hər şeyi edəcəyik
Narahatlığa görə Tsereteli prospektinin ərazisində yaşayan insanlardan üzr istəyirəm -bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlayıb.
O, məhdudiyyətsiz belə irimiqyaslı işləri həyata keçirməyin mümkün olmadığını bildirib.
Kaladze bərpa işlərinin tez bir zamanda başa çatdırılması üçün hər şeyin ediləcəyini bildirib.
“Başa düşürəm ki, qeyd olunan layihələrin həyata keçirilməsinə görə müəyyən narahatlıq var, lakin məhdudiyyətlər olmadan belə irimiqyaslı işləri həyata keçirmək mümkün deyil. Buna görə də yaranmış narahatlığa görə Tsereteli prospektinin ərazisində yaşayan insanlardan üzr istəyirəm. Gecə saatlarında səs-küy olduğunu bilirik, işləyəsi olurlar. Eyni vaxtda 12 lokasiyada işlər aparılır, lakin bu məhdudiyyətlər və bağlanılmalar olmadan layihəni həyata keçirmək mümkün deyil. Vaxtında yekunlaşması üçün hər şeyi edəcəyik. Yol infrastrukturu işləri nisbətən tez başa çatacaq”- deyə Kaxa Kaladze açıqlayıb.