Kaxa Kaladze - müvafiq qurum təkcə Saakaşvilinin deyil, bütün məhbusların sağlamlığını və təhlükəsizliyini qorumaq üçün hər şeyi edəcək
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, müvafiq qurum təkcə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin deyil, bütün məhbusların sağlamlığını və təhlükəsizliyini qorumaq üçün hər şeyi edəcək.
Bu barədə Kaxa Kaladze jurnalistin müvafiq sualına cavab olaraq bildirib.
“Saakaşvili sıravi məhbusdur və o, cəzasını çəkməli olacaq. Hər hansı ehtiyacı varsa, müvafiq qurum məhbusun sağlamlığını və təhlükəsizliyini mümkün qədər qorumaq üçün əlindən gələni edəcək. Gürcüstanda humanitar məqsədlər üçün hər cür müalicə mümkündür. Əgər hər hansı əlavə ehtiyac yaranarsa, müvafiq qurum, penitensiar sistem təkcə Saakaşvilinin deyil, istənilən məhbusun sağlamlığını və təhlükəsizliyini qorumaq üçün hər şeyi edəcək” – deyə Kaxa Kaladze bildirib.