Kaxa Kaladze - müxalifətin müəyyən bir hissəsi yalnız əngəllər yaratmaqla məşğul idi, hakimiyyət status almaq üçün hər şeyi etdi
Müxalifətin müəyyən hissəsinin ancaq əngəllər yaratmaqla məşğul olduğunu və ölkənin status almasına mane olmağa çalışdığını gördük, lakin hökumət status əldə etmək üçün hər şeyi etdi”, – Tbilisi meri Kaxa Kaladze bildirib.
Medianın müvafiq sualına cavab olaraq paytaxt meri qeyd edib ki, o, müxalifətin Gürcüstanın Avropa İttifaqına qoşulması prosesində iştirakını təqdir edərdi, lakin ölkə onların iştirakı olmadan da irəliləməyə davam edəcək.
“Gürcüstanı namizəd statusunun verilməsi münasibətilə bir daha təbrik etmək istərdim. Xüsusən də ölkəmizin uğurlarına sevinən bütün insanları. Bunun uğrunda, çox əmək sərf etməli olduq. İslahatlar həyata keçirilməlidir, bilmirəm müxalifət buna hazırdır, ya yox, prosesdə nə dərəcədə iştirak edəcəklər. Müxalifətin müəyyən hissəsinin ancaq əngəl törətməklə məşğul olduğunu, ölkənin status almasına mane olmağa çalışdığını gördük, lakin hakimiyyət bunun üçün hər şeyi etdi. Əgər onlar qeyd olunan prosesə qoşulsalar, biz bunu ancaq alqışlayacağıq, əks halda da bu da problem olmayacaq, onlar olduqları yerdə qalacaqlar və ölkə irəliləməyə davam edəcək”, – deyə Kaxa Kaladze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev