Kaxa Kaladze - müxalifətin 1000 larilik təqaüdlə bağlı seçki vədi yalan və blefdir
Tbilisi meri Kaxa Kaladze “Güclü Gürcüstan” koalisiyasının lideri Mamuka Xazaradzenin qələbə qazanacağı təqdirdə seçicilərə vəd etdiyi 1000 lari pensiya təyinatı ilə bağlı seçki vədini yalan adlandırır.
O, müvafiq suala cavabında qeyd edib ki, oxşar halda qeyd olunan məbləğ hansısa istiqamətdən tutulmalıdır ki, bu da inanılmazdır.
“Bu da anlaşılmazdır. Yadımdadır, bu vədi ilk dəfə səsləndirəndə telekanalların birində debatlar olmuşdu. Digər tərəfdən, səhv etmirəmsə, “Qirçi”nin təmsilçisi də var idi. Orada insanların necə aldatdıqları tam bir şəkildə göründü. Elementar riyaziyyatı bilmirdilər, nə vəddən, hansı 1000 larilik pensiyadan danışılır?! Bu adi blef, yalan və cəfəngiyyatdır. Onların 1000 lari pensiya təyin etmək niyyətləri ilə bağlı heç bir arqumentləri yoxdur. Bu ki inanılmazdır?! Ozaman bir şeydən tutmalıdır və nəydən tutduğunu da deməlidir. Səhiyyədən mi tutur? İnfrastrukturdan mı tutur? Hansı istiqamətdən tutur? İnanılmazdır”, – deyə Kaxa Kaladze bildirib.