Kaxa Kaladze - Müxalifətə tapşırırlar ki, özlərini bu gün necə aparırlarsa, elə aparsınlar
Kaxa Kaladze - Müxalifətə tapşırırlar ki, özlərini bu gün necə aparırlarsa, elə aparsınlar

Paytaxt meri Kaxa Kaladzenin sözlərinə görə, müxalifət nümayəndələri onlara verilən tapşırıqları yerinə yetirir və müvafiq bəyanatlar verirlər. O, bu barədə mətbuata danışıb.

Kaxa Kaladze qeyd edir ki, müxalifətin ölkənin sanksiyalara qoşulması ilə bağlı çağırışlarına baxmayaraq, Gürcüstan hökuməti ölkəyə ziyan vuracaq addımlar atmayacaq.

“Müxalifət nə özünə məxsusdur, nə də öz ölkəsinə. Bu insanlar hər zaman başqa ölkələrin maraqlarını təmin etməyə çalışırlar. Sadəcə olaraq onlara bu bəyanatları vermək tapşırılıb. Onlara tapşırırlar ki, bugünkü kimi davransınlar. Ölkəmizə zərərli olacağını əvvəlcədən bildiyimiz bir addımı atmayacağıq. Avropa İttifaqı ölkələrinin, təbii ki, Rusiya Federasiyası ilə ticarət əlaqələri var. Sanksiyalara qoşulmaq isə bilirik ki, iqtisadiyyatımız üçün problem olacaq. Niyə bizə zərər verəcək bir şey etməliyik?”, – deyə Tbilisi meri bildirib.