Kaxa Kaladze - müxalifət və konkret olaraq "Milli Hərəkat" siyasi gərginlik yaşayır , erkən seçkilər böyük cəfəngiyyatdır
Kaxa Kaladze - müxalifət və konkret olaraq "Milli Hərəkat" siyasi gərginlik yaşayır , erkən seçkilər böyük cəfəngiyyatdır

 

Müxalifət və konkret olaraq “Milli Hərəkat” siyasi gərginlik yaşayır- deyə paytaxt meri Kaxa Kaladze Nika Melianın bəyanatına cavab olaraq bildirib.

O , növbədənkənar seçkilərlə bağlı söz-söhbətin cəfəngiyyat olduğunu bildirib.

“Ölkədə yenidənqurma, inkişaf, iqtisadi tərəqqi gedir, növbədənkənar seçkilərə gəlincə, bu, böyük cəfəngiyyat və axmaqlıqdır, konstitusiyada nəzərdə tutulduğu üzrə, seçkilər 2024-cü ildə keçiriləcək. Müxalifətdə siyasi böhran yaşayır” – deyə Kaladze bildirib.

“Milli Hərəkat”ın sədri Nika Melia bu gün bəyanat yayaraq, yaranmış siyasi böhranı yumşaltmaq üçün Gürcüstanda növbədənkənar seçkilərin keçirilməli olduğunu bildirib.