Kaxa Kaladze - müxalifət nümayəndələrinin öz rəhbərləri var və onlar nə əmr olunursa onu da edirlər, bu mərhələdə kilsəyə qarşı çıxmaq, hakimiyyəti Rusiya adlandırmaq əmri verilir
Kaxa Kaladze - müxalifət nümayəndələrinin öz rəhbərləri var və onlar nə əmr olunursa onu da edirlər, bu mərhələdə kilsəyə qarşı çıxmaq, hakimiyyəti Rusiya adlandırmaq əmri verilir

Bu bəyanatları verən insanlar nə özlərinə, nə də bu ölkəyə aiddirlər, onlar başqa ölkənin maraqlarının daşıyıcısıdırlar, onların öz rəhbərləri var və onlara nə əmr olunursa, onu da edirlər”, – deyə Tbilisi meri Kaxa Kaladze jurnalistin bu sualını – “Hökumətin rusiyapərəst olması ilə bağlı müxalif tənqidlər daim eşidilir, Patriarxlıq haqqında da eyni fikirlər səslənir, onlar rus işinə xidmət edirlər. Bu açıqlamaların məqsədi nədir və niyə belə ittihamlar eşidilir?” belə cavablandırıb.

Kaladzenin sözlərinə görə, indiki mərhələdə əmr var ki, onlar kilsəyə qarşı dursunlar, Gürcüstan hakimiyyətini “rusiyapərəst” adlandırsınlar.

“Bu onlara tapşırılıb və onlar öz tapşırığını açıq şəkildə yerinə yetirirlər”, – Kaxa Kaladze bildirib.