Kaxa Kaladze - müxalifət nümayəndələrinin hərəkətləri qeyri-səmimidir, 2008-ci ildə müharibə oldu, bundan böyük bəla nə ola bilərdi və sən demə o zaman rusların gəlməsi mümkün imiş
Kaxa Kaladze - müxalifət nümayəndələrinin hərəkətləri qeyri-səmimidir, 2008-ci ildə müharibə oldu, bundan böyük bəla nə ola bilərdi və sən demə o zaman rusların gəlməsi mümkün imiş

 

“Elene Xoştaria təşkilatçılardan biri olub. Onun özünün Rusiyadan maliyyə aldığı məlumdur, bunu necə qiymətləndirirsiniz”-deyə jurnalistin Ğvarelidəki etiraz aksiyası ilə bağlı sualına Tbilisi meri Kaxa Kaladze belə cavab verib: Onların bütün bəyanatları, bütün hərəkətləri yalandır, qeyri-səmimidir və ikili standartları ehtiva edir.

Kaladze müxalifətin aksiyalarını dəyərləndirərkən qeyd edib ki, bu gün onlara qəzəblənmək əmri verilib və onlar bu oyunu oynayırlar.

“Onlar adi ikiüzlüdürlər, adi ikili standartdır, illər əvvəl verdikləri bəyanatlara nəzər salın və bu gün necə qəzəbləniblər. Bunu özləri də etiraf edirlər və birbaşa şərhlərində bu haqda danışmaqdan çəkinmirlər, deyirlər ki, o vaxt siyasi və geosiyasi baxımdan başqa vəziyyət olub, bilmirəm hansı vəziyyətdən danışırlar, 2008-ci ildə müharibə oldu və ərazilərimizi itirdik, bundan böyük bəla nə ola bilərdi, hərçənd sən demə müharibədən sonra rusların gəlib bizneslə məşğul olması mümkün idi, insanların hansı bəyanatlar verdiyini gördük. Sadəcə o vaxt belə davranmağı söylədilər, əmr etdilər, bu gün qəzəbli olmalarını əmr ediblər, bu oyunu oynayırlar, bu çox sadədir”- deyə Kaxa Kaladze açıqlayıb.