Kaxa Kaladze - Müğənnilərimiz pis vəziyyətdədirlər və yeni il konsertlərində iştirak etməlidirlər
Kaxa Kaladze - Müğənnilərimiz pis vəziyyətdədirlər və yeni il konsertlərində iştirak etməlidirlər

Tbilisi meri Kaxa Kaladzenin dediyinə görə, yerli müğənnilər yeni il günlərində keçirilən konsertlərdə iştirak etməlidirlər.

Tbilisi merinin dediyinə görə, pandemiya ölkənin mədəniyyət sahəsi üçün böyük problemlər yaratdı.

Onun dediyinə görə, belə vəziyyətdə hərkəs həmrəy olmalıdır.

“Mədəniyyət sahəsinin işçiləri insan deyillər mi? Onların problemləri yoxdur mu? Mən bu insanları yalnız buraxa bilmərəm və meriyadan hər cür dəstəkləri olacaq. Belə vəziyyətdə hamı həmrəy olmalıdır. Yeni il konsertləri keçiriləcək və müğənnilərimiz onlarda iştirak edəcəklər. Yeni il müddətində, pandemiyaya baxmayaraq, əhalimizin əhval-ruhiyyəsini biraz da olsa qaldırmalıyıq” – dedi paytaxtın meri.

Tbilisi merinin qərarı ilə, yeni il günlərində şəhərdə konsertlər keçiriləcək.