Kaxa Kaladze - "Milli Hərəkatın" radikal gündəmi var, radikalizm həmişə uğursuzluğa məruz qalır
Kaxa Kaladze - "Milli Hərəkatın" radikal gündəmi var, radikalizm həmişə uğursuzluğa məruz qalır

Tbilisi meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, “Milli Hərəkat” radikal gündəmi olan radikal siyasi partiyadır.

Kaladze jurnalistin “Milli Hərəkatın” aksiyalarla bağlı planlarına aid sualını cavablandırdı.

Kaxa Kaladzenin bəyan etdiyinə görə, radikalizm həmişə uğursuzluğa məruz qalır.

“Bu radikal gündəmi olan radikal siyasi partiyadır. Bu illər ərzində olduğu kimi həmişə, bu gün də, gələcəkdə də əminliklə deyə bilərəm ki, radikalizm həmişə uğursuzluğa məruz qalır. Müvafiq olaraq, bu siyasətçilər və bu siyasi partiyalar uduzmuş olacaqlar, əvvəkli illər kimi”, – Kaladze bəyan etdi.