Kaxa Kaladze - "Milli Hərəkat"da partiyanın cilovunu kimin ələ keçirəcəyi ilə bağlı klanlar arasında mübarizə gedir, buna marağı olan Kezeraşvili-Merabişvili klanı müşahidə olunmaqdadır
“Milli Hərəkat”da partiyanın cilovunu kimin ələ keçirəcəyi ilə bağlı klanlar arasında mübarizə gedir-bu barədə Tbilisi meri Kaxa Kaladze açıqlayıb.
Kaladze buna marağı olan Kezeraşvili-Merabişvili klanının müşahidə olunduğunu bildirib.
“Milli Hərəkat”da partiyanın cilovunu kimin ələ keçirəcəyi, bu konkret partiyanın sahibinin kim olacağı və eyni zamanda, təbii ki, “Milli Hərəkat”la əlaqəli media qurumlarına kimin təsir edəcəyi ilə bağlı klanlar arasında mübarizə gedir. Təbii ki, buna marağı olan Kezeraşvili-Merabişvili klanı müşahidə olunmaqdadır. Oliqarx olan, pulu necə və haradan qazandığını hamının bildiyi Kezeraşvilinin bu gün özünü media meneceri adlandırdığını bilirsiniz, hərçənd ictimaiyyət onun kim olduğunu, nəyi təmsil etdiyini, bu insanın necə bir həyat sürdüyünü çox yaxşı bilir. Qarşıdurma gedir. Bu qarşıdurmanı artıq gözlər önünə səriblər və hadisələri gözləyək” -deyə Kaladze bildirib.