Kaxa Kaladze - "Milli Hərəkatda" klanlar arasında partiyadaxili dava gedir, onlar bir-birini nəsə kompromatlarla hədələyirlər
Kaxa Kaladze - "Milli Hərəkatda" klanlar arasında partiyadaxili dava gedir, onlar bir-birini nəsə kompromatlarla hədələyirlər

“Milli Hərəkatda” bir-birini nəsə kompromatlarla hədələyirlər, bu, klanlar arasında partiyadaxili davadır, – bu barədə “Gürcü Arzusunun” baş katibi, Kaxa Kaladze bəyan etdi.

Kaladzenin dediyinə görə, “Milli Hərəkatda” hansı axınlarının olduğu maraqlandırmır.

“Bir şey açıq və aydındır, daxili qarşıdurma var və onlar bunu gizlətmirlər də. Onlar bir-birini nəsə kompromatlarla hədələyirlər və bu, klanlar arasında partiyadaxili davadır. Sözün düzünü desəm, “Milli Hərəkatda” hansı axınlarının olduğu maraqlandırmır, kim, kimlə, niyə mübarizə aparır, bu özların işidir. Bizim üçünəsas odur ki, öz işimizi görək, bir sıra çağırışlar var və hər şeyi edirik ki, bu çağırışlara layiqincə cavab verək”, – Kaladze qeyd etdi.