Kaxa Kaladze - “Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli” liderlərinə baxın, əyləncə baxımından maraqlı şoular təşkil edirlər, bütün bunlar reytinqdə də öz əksini tapıb
Kaxa Kaladze - “Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli” liderlərinə baxın, əyləncə baxımından maraqlı şoular təşkil edirlər, bütün bunlar reytinqdə də öz əksini tapıb

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə əsasən, “Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli”nin reytinqləri xeyli aşağı düşüb və bu, təəccüblü hal deyil.

Jurnalistlər Kaladzeyə “Milli Hərəkat” və “Strategiya Ağmaşenebeli” partiyalarının seçki kampaniyası və onların seçki şansları barədə sual ünvanlayıblar.

“Niyə onların reytinqinin bu qədər aşağı düşməsinə təəccüblənirsiniz?! Onların liderlərinə, performanslarına baxın, müvafiq olaraq bütün bunlar reytinqə də təsir edir. Sadəcə gülməlidir, əyləncə baxımından maraqlı şoular təşkil edirlər, “Şənbə şousu”nun ciddi rəqibləri var və görək, gələcəkdə yəqin bizə maraqlı teatr tamaşaları təklif edəcəklər”, – deyə Kaladze bildirib.