Kaxa Kaladze - "Milli Hərəkat" və "Avropa Gürcüstanı" kökü qurumuş bir ağacın iki budağıdır
“Milli Hərəkat” və “Avropa Gürcüstanı” kökü qurumuş bir ağacın iki budağıdır, – bu bəyanatla Tbilisinin meri Kaxa Kaladze Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və “Avropa Gürcüstanı” partiyasının lideri Gigi Uqulavanın görüşü haqqında verilən suala cavab verdi.
“Bunlar bir dəstədilər. “Avropa Gürcüstanı” nə qədər konstruktiv görünsə də, onları bir kontekstdə müzakirə etməliyik. Bunlar kökü quruyan bir ağacın iki budağıdırlar” – dedi Kaxa Kaladze.
Xatırladaq ki, Mİxeil Saakaşvili Gigi Uqulava ilə Xelsinkidə görüşdü və iki partiyanın bir olduğunu elan etdi.