Kaxa Kaladze - "Milli Hərəkat" iyrənc yalanları ilə silahlı qüvvələrimizin birliyinə və möhkəmliyinə ləkə sala bilməyəcək
“Buna nail ola bilməyəcəksiniz, “Milli Hərəkat” iyrənc yalanları ilə silahlı qüvvələrimizin birliyinə və möhkəmliyinə ləkə sala bilməyəcək”, – Bu sözlərlə paytaxtın meri Kaxa Kaladze, bugünki brifinqdə “Milli Hərəkata” müraciət etdi.
Onun dediyinə görə, “Milli Hərəkat” ölkənin fundamenti olan – Gürcüstanın silahlı qüvvələrinə və əsgərin vahidliyinə zərbə yetirməyi cəhd etdi.
Kaladze bəyan etdi ki, kimsəyə, depolitizasiyalı əsgəri siyasi oyunlara daxil etməyə imkan verilməyəcək.
“Bu səfər onlar rus piar-texnoloqların tövsiyələri ilə, milli əsgərin arxasına gizlənməyə çalışırlar” – dedi Kaladze.
Kaladzenin dediyinə görə, “Milli Hərəkat” partiyası avqust müharibəsi zamanı törətdiyi cinayətlərin üstünü qapatmaq üçün müxalifətçiyin hər həddini aşır.