Kaxa Kaladze - Mixeil Saakaşvili ölkə prezidenti olub və o, büdcədən pulları şəxsi məqsədləri üçün xərcləyib, bəlkə də istintaq bununla maraqlanmalıdır
Mixeil Saakaşvili ölkə prezidenti olub və o, büdcədən pulları şəxsi məqsədləri üçün xərcləyib-Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında Mixeil Saakaşvilinin prezidentliyi dövründə çəkdiyi xərclərdən danışıb.
Onun sözlərinə görə, istintaq qeyd olunanlarla maraqlanmalıdır.
“Büdcədən şəxsi məqsədlər üçün xərcləməyə gəlincə, bu, qətiyyən yolverilməzdir və heç bir şəkildə haqq qazandırmaq olmaz. Söhbət ölkə prezidenti olan və büdcədən pulları şəxsi məqsədləri üçün, şəxsi səfərləri üçün xərcləyən şəxsdən gedir. Yəqin ki, istintaq qeyd olunan faktla maraqlanmalı və həqiqətən baş verənlərin bütün təfərrüatlarını öyrənməlidir” – deyə Kaxa Kaladze bildirib.
Bu gün Müdafiə Nazirliyi bəyanat yayıb, bəyanata əsasən qurum Mixeil Saakaşvilinin hava səyahəti ilə bağlı imzalanmış müqavilələrin məxfiliyinin ləğvi prosesinə başlayıb.