Kaxa Kaladze - Metronun açılıb-açılmayacağı haqqında qərarı mən və Tbilisi icra hakimiyyəti veririk
Kaxa Kaladze - Metronun açılıb-açılmayacağı haqqında qərarı mən və Tbilisi icra hakimiyyəti veririk

Tbilisinin meri Kaxa Kaladze bəyan edir ki, necə mayın 3-də, eləcə də başqa günlərdə metro hərzamanki kimi çalışacaq və şəhər sakinlərinə xidmət edəcək.

Kaxa Kaladze metro işçiləri tərəfindən təşkil edilən etiraz hərəkətlərinə bugünki hökümət iclasından səsləndi.

“Biz dəfələrlə görüş keçirdik və bu insanların tələblərini hansı səbəblərə görə qane edə bilmədiyimizi və munisipalitetdə mövcud olan vəziyyət və reallıq haqqında məlumat verdik.

Təbii ki, mənim üçün də bu insanların və həmçinin, munisipalitetin digər əməkdaşlarının əməyi önəmlidir, bəlkə də hazırda bu insanların layiq olduqları maaşaları yoxdur, amma munisipalitetimizin iqtisadi vəziyyəti hələlik buna imkan verir.

Mən heç bir əməkdaşlarımızın hansısa konkret qrupuna fərqli və individual şəkildə yanaşmayacam və sadəcə hansısa konkret qrupun istədiyi qərarı verməyəcəm. Əgər maaşlar artacaqsa, bu munisipalitetin bütün əməkdaşlarına aid olacaq” – dedi Kaxa Kaladze.

Onun dediyinə görə, metro çalışanlarının və konkret professiyonal ittifaqın üzvlərinin nəqliyyat şirkətinin adı ilə, şəhər meriyası ilə ultimatum dili ilə danışmaqları qeyri-məqbuldur.