Metro işləyəcəkdir və biz hər şeyi edirik ki, metro dayanmasın, – bu barədə jurnalistlərə paytaxtın meri, Kaxa Kaladze bəyan etdi.
Kaxa Kaladze metropolitenin maşinistlərinin bir hisssinin bəyanatına əks səda verdi və qeyd etdi ki, metro maşinistləri ilə meriya nümayəndələri bir neçə dəfə görüşdülər.
“Bu insanlar maaşlarının artırılmasını tələb edirlər. Biz cari iqtisadi durmu açıqladıq. 1300, 1400 larinin böyük maaş olmaması mümkündür. Lakin bizim əməkdaşlarımız var ki, 700, 800, 900 lariyə daha artıq məsuliyyətli yerdə işləyirlər. Metro işləyəcəkdir və biz hər şeyi edirik ki, metro dayanmasın”, – Kaxa Kaladze bəyan etdi.
Onun dediyinə görə, imkanların artdığı zaman, maaşlar bütün istiqamətlərlə artırılacaq.
Metro maşinistlərinin bir hissəsi bu gün bəyan etdi ki, metropoliten mayın 3-də, saat 06:00-dan işləməyəcək.