Kaxa Kaladze - mətbuat nümayəndələrinə qarşı şahid olduğumuz aqressiya və zorakılıq qəti şəkildə qəbuledilməzdir
Kaxa Kaladze - mətbuat nümayəndələrinə qarşı şahid olduğumuz aqressiya və zorakılıq qəti şəkildə qəbuledilməzdir

Tbilisi meri Kaxa Kaladze media nümayəndələri ilə həmrəy olduğunu bildirir və bir neçə gün əvvəl paytaxtda baş verən hadisələri bir daha qiymətləndirir.

Onun munisipalitet hökumətinin iclasında da qeyd etdiyi kimi, media nümayəndələrinə qarşı zorakılıq qəti şəkildə qəbuledilməzdir.

“Bir daha media nümayəndlərinə həmrəyliyimi ifadə etmək istəyirəm. Hər birimiz media azadlığının nə böyük tapıntı olduğunu başa düşməliyik. Bir neçə gün əvvəl mətbuat nümayəndələrinə qarşı şahid olduğumuz aqressiya və zorakılıq qəti şəkildə qəbuledilməzdir. Əminəm ki, ağlı başında olan bütün insanlar bu cür zorakılığı pisləyir , həm fiziki, həm də psixoloji zorakılıq heç kim tərəfindən qəbul olunmur ”-deyə Kaladze bildirib.

Onun sözlərinə görə, ölkənin irəliləməsi və Avropada ön sıralarda olması üçün hər şey edilməlidir.

“Hamımız birlikdə, düzgün düşünənlər, ölkənin inkişaf etmiş olmasını , demokratik olmasını və ən əsası azad olmasını istəyənlər , ölkədə daha çox sevginin olması, insanlar arasında qarşılıqlı hörmətin olması, eləcə də daha savadlı insanın olması üçün çox çalışmalıyıq. Şəxsən mən ölkəmizin bu istiqamətdə daha da irəliləməsi, daha da inkişaf etməsi və Avropanın ön sıralarda olması üçün əlimdən gələni edəcəyəm və heç bir şeyi əsirgəməyəcəyəm” -deyə Tbilisi meri bildirib.