Kaxa Kaladze - Meriyanın guya "Cafe Mziuri"nin təsisçisini müəssisənin özgəninkiləşdirilməsi haqda əvvəlcədən məlumatlandırmaması ilə bağlı məlumat yalandır
Tbilisi Meriyasının guya “Cafe Mziuri” sosial müəssisəsinin özgəninkiləşdirilməsi haqda müəssisənin təsisçisi, Ana Qoquadzeni əvvəlcədən məlumatlandırmaması ilə bağlı məlumat yalandır-bu haqda paytaxtın meri Kaxa Kaladze müvafiq suala cavabında açıqlayıb.
Kaladzenin izah etdiyi kimi, iki illik müqavilənin müddəti başa çatıb, bundan sonra da kafe hərrac yolu ilə özgəninkiləşdiriləcək.
“Mən Ana Qoquadzedən meriyanın kafenin özgəninkiləşdirilməsi ilə bağlı onu məlumatlandırmaması haqda açıqlama eşitmədim. Siz sadəcə yalan danışırsınız. “Formula”, Kezeraşvilinin televiziyası yalan danışırsa, bunda yenilik yoxdur. Ana Qoquadzenin özü də iki illik müqavilənin başa çatması ilə bağlı bildiriş kimi aldığı məktubu dərc etmişdi.
Sosial müəssisənin statusuna gəlincə, mən dünən dedim və bir daha bəyan edirəm ki, kafenin qeyd olunan statusu saxlanılacaq. Hərrac elan olunacaq, təbii ki, burada digərləri kimi, Ana Qoquadzenin də iştirak etmək hüququ olacaq” – deyə Kaxa Kaladze açıqlayıb.