Kaxa Kaladze – Mer olduğum müddətdə heç vaxt kömək istəyən insanları siyasi zəmində ayırmaq qərarı verilməyib
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, bələdiyyədən yardım istəyən vətəndaşları siyasi zəmində ayrılması ilə bağlı ittiham çox təhqiramizdir. Paytaxt meri bunu Tbilisi Sakrebuloda müxalifətçi deputat Sopio Caparidzenin sualına cavabında bildirib.
“Həmkarlarınızdan nə qədər insana kömək etdiyimizi soruşa bilərsiniz. Bu ümumiyyətlə necə bir mövzudur, kjömək istəyən bir insanı siyasi olaraq zəmində necə ayırmaq olar. Bu, ən böyük pislikdir. Böyük üzr istəyirəm, amma bizim üçün çox təhqiramizdir. İnanın mənə, mer olduğum müddətdə heç vaxt insanları siyasi zəmində, yardım və dəstək baxımından ayırmaq qərarı verilməyib. Bu, insanın edə biləcəyi ən böyük pislik, ən böyük bədbəxtlik olardı”, – deyə Kaxa Kaladze bildirib.
Tbilisi meri bələdiyyə hökumətinə yeni Sakrebulo tərkibini təqdim edib. Mer müavinləri, idarə rəhbərləri və qubernatorların təsdiqi Sakrebulo sessiyasında müzakirə edilir.