Kaxa Kaladze - Məni "Milli Hərəkat"dakı mübahisələr qətiyyən maraqlandırmır, çünki hökumət öz üzərinə böyük məsuliyyət götürüb
“Milli Hərəkat”da münaqişənin olduğu göz qabağındadır-bu sözləri paytaxt meri Kaxa Kaladze deyib.
Onun fikrincə, “Milli Hərəkat”ın başında kimin olacağı önəmli deyil.
“Onların bir-biri ilə ziddiyyət içərisində olduqları aydındır, ona görə də mən dərinliklərə getmək istəmirəm. Məni “Milli Hərəkat” və onların qarşıdurmaları qətiyyən maraqlandırmır, çünki biz hökumətin üzərinə böyük məsuliyyət götürmüşük. Biz bir çox mühüm layihələr həyata keçiririk. Bu gün insanların ən çox ehtiyacı olan sülh, əmin-amanlığın qorunması, iqtisadi inkişafdır ki, bu ölkədə yaşayan hər bir insan firavanlığı hiss etsin” – deyə Kaxa Kaladze bildirib.