Kaxa Kaladze - Mən inşaata qarşı deyiləm, ancaq inşaat qanuni olmalıdır
Paytaxt meri Kaxa Kaladzenin bəyanatına görə, şəhərdəki özbaşına tikilən inşaatlara yanaşma dəyişməsə, Tbilisidə yaşamaq qeyri-mümkün olacaq.
Bu barədə bəyanatı Kaxa Kaladze Gürcüstanın Biznes Asosiasiyasının üzvləri ilə görüş zamanı verdi.
“Developer şirkətləri ilə də görüşdüm və şəhərdə küçələri daraldan tikintilərin qarşısını almaq yolları barədə müzakirə etdik. Belə davam etsə, bu şəhərdə yaşamaq və nəfəs almaq mümkün olmayacaq. Mən inşaata qarşı deyiləm, ancaq, inşaat doğru yollarla həyata keçirilməlidir və hər bir obyekt qanun çərçivəsində tikilməlidir. Biznes Asosiyasiyası ilə əməkdaşlıq etməyə hazırıq və inanıram ki, birlikdə, çox sayda maraqlı layihələr həyata keçirəcəyik” – dedi Kaladze.