Kaxa Kaladze - məlumat yayılır ki, sanki yeni il ağacı və təbdbirlərinə görə, mitinqçilərə noyabrın əvvəlində çadır açmağa icazə vermirlər, bu yalandır
Tbilisi merinin qeyd etdiyinə görə, Meriyanın səlahiyyəti deyil ki, kiməsə aksiyanın keçirilməsinə icazə versin və ya qadağan etsin. Elə onun dediyinə görə, Meriya yalnız məsləhət verə bilər.
“İlk növbədə, bəyan etmək istəyirəm ki, mənim üçün və bütövlükdə siyasi komandam üçün insanın ləyaqəti, onun hüquqları ən əsas dəyərlərdən biridir.
Qeyd etmək istəyirəm ki, dünənki hadisələr barəsində məlumat yayılır ki, sanki yeni il ağacı və təbdbirlərinə görə, mitinqçilərə noyabrın əvvəlində çadır açmağa icazə vermirlər, bu yalandır.
Aksiya iştirakçılarının hüququ var ki, etiraz aksiyasını keçirsinlər. Meriyanın səlahiyyəti deyil ki, kiməsə aksiyanın keçirilməsinə icazə versin və ya qadağan etsin. Bunu opponentlər yaxşıca bilirlər.
Bir daha təkrar etmək istəyirəm, Zaza Saralidze Meriyaya məktubla müraciət etdi ki, 31 dekabra qədər aksiyanı davam etdirmək istəyir. Qanunla üç günə cavab verməliyəm ki, dekabr ayında yeni il tədbirləri planlaşdırılıb.
Xüsusi il qeyd edirəm ki, söhbət dekabr ayından gedir. Məktubda birbaşa qeyd edilmişdir ki, dekabrın 15-də Parlament binası qarşısında əsas yenil il ağacının ışıqlandırılması mərasimi keçiriləcək. Başqa tədbirlər dekabrın sonundadır.
Təəssüfləndiricidir ki, seçkiqabağı fonunda hər bir mövzunun düzgün olmayan interpretasiyası həyata keçirilir”, – Kaxa Kaladze bəyan etdi.