Tbilisi meri Kaxa Kaladzenin bəyanatı ilə, meriya tərəfindən elan edilən reorqanizasiya fevralın sonunda başa çatacaq və kimin gedəcəyi, kimin qalacağı ancaq o zaman bəlli olacaq.
Bu barədə Kaxa Kaladze jurnalistlərə bəyan etdi.
“Kadrların azaldılması əsas məqsədimiz deyil. Mənim üçün ğnəmli olan professiyonallıq, kompetentlik və dürüstlükdür. Reorqanizasiya zamanı qanun çərçivəsində hərəkət edəcəyik və kimin gedəcəyi, kimin qalacağı sonra bəlli olacaq” – dedi Kaxa Kaladze.
Meriyada reorqanizasiya nəticəsində, arxitektura xidmətindən urban inkişaf istiqaməti ayrı bir xidmət olaraq, ayrılacaq və sadəcə servislərə orientləşdirilmiş struktur olacaq.