Kaxa Kaladze - M1 kateqoriyalı taksi sürücülərinə qrip vaksinası pulsuz ediləcək
Kaxa Kaladze - M1 kateqoriyalı taksi sürücülərinə qrip vaksinası pulsuz ediləcək

M1 kateqoriyalı taksi sürücülərinə qrip vaksinası pulsuz ediləcək, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze bugünki paytaxt hökümət iclasında verdi.

“Biz hər bir sürücü ilə əlaqə saxlayacağıq. Bir çoxuna hara gedəcəyi və vaksinanın necə ediləcəyi ilə bağlı artıq mesajla təfərrüatlı məlumat göndərilib.

Bu aksiya ilə bağlı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinə təşəkkür etmək istəyirəm” – dedi Kaxa Kaladze.