Kaxa Kaladze - Lukaşenkonun Abxaziyaya səfəri qeyri-dost və siyasi baxımdan düzgün olmayan addımdır
Kaxa Kaladze - Lukaşenkonun Abxaziyaya səfəri qeyri-dost və siyasi baxımdan düzgün olmayan addımdır

 

Lukaşenkonun Abxaziyaya səfəri qeyri-dost və siyasi baxımdan düzgün olmayan addımdır -bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

“Lukaşenkonun Abxaziyaya səfəri olduqca narahatedici və ağır faktdır. Qeyri-dost və siyasi cəhətdən düzgün olmayan addım olmaqla yanaşı, Lukaşenko işğalla bağlı qanunu pozub və buna aidiyyatı qurum reaksiya verəcək. Bildiyimə görə, səfir artıq çağırılıb” -deyə Kaladze bildirib.

Məlum olduğu üzrə, Belarus prezidenti Aleksandr Lukaşenko bu gün işğal olunmuş Abxaziyaya səfər edərək işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjania ilə görüşüb.

Bununla yanaşı, bu gün Gürcüstan Xarici İşlər Nazirliyi Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri ilə əlaqədar Belarus tərəfindən əlavə izahat tələb edib və daha sonra açıqlama yayıb. Açıqlamaya əsasən Lukaşenkonun işğal altındakı Abxaziyaya “səfəri” beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozur.