Kaxa Kaladze - kiminsə bütün ölkənin bir hissəsini qoparması çox məyusedicidir, bunlardan biz də keçmişik, Ukrayna və Gürcüstana sülh arzulamaq istəyirəm
Kaxa Kaladze - kiminsə bütün ölkənin bir hissəsini qoparması çox məyusedicidir, bunlardan biz də keçmişik, Ukrayna və Gürcüstana sülh arzulamaq istəyirəm

 

Ukraynaya , Gürcüstana sülh arzulamaq istəyirəm və təbii ki, vaxt gələcək Gürcüstan birləşəcək, Ukrayna da birləşəcək – deyə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Ukraynanın Luqansk və Donetsk bölgələrinin qondarma müstəqil dövlət olaraq tanınması qəti şəkildə yolverilməzdir.

“Ölkəmiz iki dəfə işğal olunub və ərazilərin müəyyən hissəsi Rusiya tərəfindən işğal olunub ki, bu da hər bir gürcü üçün çox ağrılıdır. Həmçinin, dünən bütün dünyanın dinlədiyi ifadəni eşitmək çox ağır idi. Separatçı bölgələrin – Luqansk və Donetskin tanınması qəti şəkildə qəbuledilməzdir və təbii ki, kiminsə bütün ölkənin bir hissəsini qoparması çox məyusedicidir. Təəssüf ki, biz də bu təcrübədən keçmişik və Ukraynaya , Gürcüstana sülh arzulamaq istəyirəm və təbii ki, vaxt gələcək Gürcüstan birləşəcək, Ukrayna da birləşəcək” – deyə Kaladze bildirib.

Bununla yanaşı, hakim komandanın Ukraynaya səfər etməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı ünvanlanan suala Kaladze belə cavab verib: “Gürcüstan qətnamə qəbul edən ilk və qabaqcıl ölklərdən biri idi, bu vacib və alqışlanasıdır. Biz həmişə Ukrayna xalqının yanında olmuşuq, yanındayıq və gələcəkdə də yanında olacağıq”.