Kaxa Kaladze -xalq və ölkə qarşısında cinayətlər törətmiş konkret məhbusun azad edilməsinə dair dırnaq arası dostlarımızın qanuna zidd çağırışları qəti şəkildə qəbuledilməzdir
Ölkəmiz və xalqımız qarşısında cinayətlər törətmiş konkret məhbusun azad edilməsinə dair dırnaq arası dostlarımızın qanuna zidd çağırışları qəti şəkildə qəbuledilməzdir- bu barədə paytaxt meri Kaxa Kaladze sakrebulonun iclasında açıqlayıb.
Kaxa Kaladzenin qeyd etdiyi kimi, Mixeil Saakaşvilini azad etmədən, namizəd statusunun verilməyəcəyindən söz-söhbət gedir, bu normal hal deyil.
“İllər boyunca Avropada yaşamışam və Avropanın nə olduğunu, demokratiyanın nə olduğunu, Avropa dəyərlərinin, söz və ifadə azadlığının nə olduğunu çox yaxşı bilirəm. Ölkəmiz və xalqımız qarşısında cinayətlər törətmiş konkret məhbusun azad edilməsinə dair dırnaq arası dostlarımızın qanuna, konstitusiya zidd hərəkətlərə çağırışları qəti şəkildə qəbuledilməzdir. Mahiyyət etibarı ilə burada söhbət ondan gedir ki, əgər siz Mixeil Saakaşvilini azad etməsəniz, o zaman biz qərar qəbul edəcəyik və sizə namizəd statusu verməyəcəyik. Sizdən soruşuram-bu normaldır mı? bu leksika, bu yanaşmaları normal mı hesab edirsiniz? Bu mu Avropa və demokratik dəyərlərdir, ölkəmizi belə mi qurmaq istəyirik? Ölkəmizi belə mi inkişaf etdirmək istəyirik? Odur ki, ilk növbədə öz ölkəmizə, öz xalqımıza hörmət etməliyik, Avropanı və Avropa sayağı, demokratik dəyərləri kim üçün istəyirik? Xalqımız üçün, ölkəmiz üçün, ancaq son günlər ərzində dırnaq arası dostlarımızdan eşitdiyimiz ifadələrin inanın mənə, nə Avropa, nə Avropa dəyərləri, nə də demokratiya ilə əlaqəsi yoxdur” -deyə Kaladze açıqlayıb.