Kaxa Kaladze - Ş. Mişelin razılaşmasının bəndlərindən biri MSK ilə bağlı idi və ona düzəlişlər edilir
Şarl Mişelin razılaşmasının bəndlərindən biri MSK ilə bağlı olub və ona düzəlişlər edilir – Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bildirib.
“Sözügedən dəyişiklik həyata keçirilməlidir və hər şeyin digər inkişaf etmiş ölkələrdə olduğu kimi olması vacibdir. Ş. Mişelin baş tutmayan razılaşması hər kəsin yadındadır, bəndlərdən biri MSK ilə bağlı olub. Buna düzəliş edilir” – Kaxa Kaladze bildirib.
“Seçki Məcəlləsi” və reqlamentə dəyişiklik daxil edilir. Dəyişikliyə əsasən prezidentin əvəzinə MSK sədrini və bir neçə üzvlüyə namizədləri seçib parlamentə təqdim etmək səlahiyyəti parlament sədrinə veriləcək.