Kaxa Kaladze - Əziyyət edilən birinin mantiyasını geyinmək, Giorgi Marqvelaşvilinin PR-planııdır
Əziyyət edilən birinin mantiyasını geyinmək, Giorgi Marqvelaşvilinin PR-planıdır, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze verdi.
Kaxa Kaladze qeyd etdi ki, Gürcüstan prezidentinin dəstəsində hazırlanan PR-planlar çox bəsitdir və ictimaiyyəti maraqlandırmır.
“Düşünürəm ki, yazıq və əziyyət edilmiş birinin mantiyasını geyinmək Gürcüstan prezidentinin PR-planıdır və buna imkan verməməliyik.
Öncə onun dəstəsi bəyan edirdi ki, prezidentin impiçmenti gözlənilir. Halbuki, onu impiçment etməyi planlaşdıranlar kimlər idi bilmirəm. Prezident müddətinin başa çatmasına iki ay qaldığı halda, bu mövzuları irəli atmağın mənası nədir anlamıram” – dedi Kaxa Kaladze.