Kaxa Kaladze - iyunda Avropa Komissiyasının 12 bəndi əsaslı şəkildə yerinə yetiriləcək
Kaxa Kaladze - iyunda Avropa Komissiyasının 12 bəndi əsaslı şəkildə yerinə yetiriləcək

Tbilisi meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, iyunda Avropa Komissiyasının 12 bəndi əsaslı şəkildə yerinə yetiriləcək.

Mediaya müvafiq suala cavab olaraq onun bəyan etdiyinə görə, müxalifət bu prosesə yalnız maneəçilik törədir.

“Hər şeyi əsaslı şəkildə yerinə yetirilir. İyunda qeyd olunan bələbçi tamamilə bağlanacaq və hər 12 bənd yerinə yetiriləcək. Müxalifət bu prosesdə iştirak etmək üçün heç bir addım atmayıb. Hamımız çalışmalıyıq ki, Gürcüstanın Avropaya inteqrasiyası baş versin. Lakin konkret partiyalar maneəçilik yaratmaq üçün hər şeyi edirlər. Vizaliberallaşdırma, assosiasiya müqaviləsi imzalnması prosesi vaxtı da belə edirdilər. Bu gün də eynidir. Yekunda, hər şey Avropa İttifaqından asılıdır. Onlar qərar verəcəklər, Gürcüstana status verəcəklər ya yox”, – Kaladze bəyan etdi.