Kaxa Kaladze - inanıram və əminəm ki, biz birlikdə bir-birimizi geri qaytara və Gürcüstanın ərazi bütövlüyünü bərpa edə biləcəyik
Bizə daha da çox ərazi itirdən avqust müharibəsindən 15 il keçdi, müharibə nəticəsində biz çoxlu dinc sakini, qəhrəman əsgərlərimizi, polislərimizi itirdik. Biz öz gələcək nəsillərimizə, uşaqlarımıza deməli və bu qəhrəmanlar haqqında çox danışmalıyıq – bu barədə paytaxtın meri Kaxa Kaladze açıqlayıb.
Onun sözlərinə görə, Gürcüstan öz ərazi bütövlüyünü bərpa etməlidir, bu da ölkə üçün böyük çağırışdır.
“Bu gün qarşımızda duran ən böyük çağırış ölkənin ərazi bütövlüyüdür. Müvafiq olaraq, ölkəmizi birləşdirmək, əraziləri qaytarmaq təkcə məsuliyyətimiz deyil, həm də borcumuzdur. İnanıram və əminəm ki, biz birlikdə bir-birimizi geri qaytara və Gürcüstanın ərazi bütövlüyünü bərpa edə biləcəyik” – Kaladze bildirib.
Bundan əlavə, Kaladzedən müharibənin başlama tarixinin niyə mübahisəli olduğunu soruşublar.
“Bu gün bu mövzu haqqında danışmaq istəmirəm, amma baxın, 2013-2014-cü ilə qədər o vaxtkı hakimiyyət avqustun 8-də qəhrəmanlarımızı yad etmək üçün ortaya çıxırdı. Gəlin bu spekulyasiyalara son qoyaq” -deyə Kaladze bildirib.
2008-ci ilin avqust müharibəsindən 15 il keçir.