Kaxa Kaladze – İnanıram ki, qəhrəmanlarımızın mübarizəsi izsiz qalmayıb, işğal müvəqqəti, vətən isə əbədidir, Abxaziya Gürcüstan olub, Gürcüstandır və Gürcüstan olacaq
“27 sentyabr ölkəmizin tarixində ən ağır tarixdir, vətəninin müstəqilliyi uğrunda mübarizədə həlak olan gürcü qəhrəmanlara və müharibənin qurbanı olan dinc əhaliyə şərəf və ehtiram olsun”, – bu barədə Tbilisi meri Kaxa Kaladze sosial şəbəkədə yazır.
Suxuminin süqutu günü ilə əlaqədar Tbilisi meri Kaxa Kaladze Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Prezident Mixeil Ğavelaşvili və Parlamentin sədri Şalva Papuaşvili ilə birlikdə Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş qəhrəmanların memorialını əklillə bəzəyib.
“Gürcüstanın təkcə bir şəhəri deyil, həm də ölkənin ürəyini itirdiyi gündən 33 il keçib.
Müharibənin bizə buraxdığı ağrını – həlak olan insanları, yüz minlərlə məcburi köçkünü, itirilmiş tarixi torpaqları və ən əsası, doğma evə qayıtmaq arzusunu zaman belə sağalda bilmədi.
İnanıram ki, qəhrəmanlarımızın mübarizəsi izsiz keçməyib. İşğal müvəqqətidir, vətən isə əbədidir.
Hər kəsin ləyaqətlə və böyük istəklə qayıda biləcəyi güclü, sülhsevər və vahid bir ölkə qurmaq bizim borcumuzdur. Abxaziya Gürcüstan olub, Gürcüstandır və Gürcüstan olacaq!”, – Kaladze sosial şəbəkədə yazır.