Kaxa Kaladze - inanıram ki, biz Gürcüstanın Avropa İttifaqına daxil olmasını abxaz və osetin vətəndaşlarımızla birlikdə vahid, güclü, iqtisadi cəhətdən inkişaf etmiş Gürcüstanda qeyd edəcəyik
Kaxa Kaladze - inanıram ki, biz Gürcüstanın Avropa İttifaqına daxil olmasını abxaz və osetin vətəndaşlarımızla birlikdə vahid, güclü, iqtisadi cəhətdən inkişaf etmiş Gürcüstanda qeyd edəcəyik

 
İnanıram ki, biz Gürcüstanın Avropa İttifaqına daxil olmasını abxaz və osetin vətəndaşlarımızla birlikdə vahid, güclü, iqtisadi cəhətdən inkişaf etmiş Gürcüstanda qeyd edəcəyik – bu barədə paytaxt meri Kaxa Kaladze Aİ üzvlüyünə namizəd statusu ilə əlaqədar Azadlıq meydanında keçirilən ümumxalq şənliyində çıxışı zamanı bildirib.

Kaxa Kaladze namizəd statusunun alınmasında əməyi keçən hər kəsə təşəkkür edib.

“Gürcüstanın bugünkü qələbəsi həm də süni sərhədin o tərəfində yaşayan abxazlara və osetinlərə məxsusdur. İnanıram ki, biz Gürcüstanın Avropa İttifaqına daxil olmasını abxaz və osetin vətəndaşlarımızla birlikdə vahid, güclü, iqtisadi cəhətdən inkişaf etmiş Gürcüstanda qeyd edəcəyik. Gürcüstanın namizəd statusunu almasında əməyi keçən hər kəsə təşəkkür edirəm” – deyə Kaxa Kaladze açıqlayıb.