Kaxa Kaladze — İki il əvvəl reabilitasiya olunmuş Avlabari metro stansiyasıdə su elə içəri daxil olurdu ki, sanki çöldə idi. Mən Daxili Audit Xidmətinə bu faktı araşdırmağı tapşırıram
Kaxa Kaladze Tbilisi Bələdiyyəsinin Daxili Audit və Monitorinq Xidmətinə və öz müavinlərinə Avlabari metro stansiyasında güclü yağıntı nəticəsində yaranmış problemin araşdırılmasını tapşırıb.
Kaladze Tbilisi bələdiyyəsinin hökumət iclasında bildirib ki, həmin metro stansiyasının reabilitasiyası iki il əvvəl başa çatıb və suyun niyə içəri sızdığı, işlərin keyfiyyətli olub-olmadığı mütləq araşdırılmalıdır.
Kaxa Kaladze həmçinin Tbilisi meriyasının layihələrində çalışan bütün şirkətlərin nümayəndələrinə müraciət edərək vurğulayıb ki, işlərin icrası zamanı məsuliyyət və keyfiyyət ən vacib amillərdir.
Onun sözlərinə görə, son günlərdə yağan güclü yağışlar şəhərin müxtəlif yerlərində də müəyyən problemlər yaradıb, lakin müvafiq xidmətlər ilk gündən etibarən yerindədir və sakinlərin yanında olurlar.