Kaxa Kaladze -  Hökumətlə bağlı hansı qərarı verəcəyini ən yaxşı İrakli Kobaxidze bilir
Kaxa Kaladze -  Hökumətlə bağlı hansı qərarı verəcəyini ən yaxşı İrakli Kobaxidze bilir

 

Baş nazir özü kadr dəyişiklikləri ilə bağlı danışdı, ətraflı izahat verdi və mən çox şey əlavə edə bilmərəm – Tbilisi meri Kaxa Kaladze hökumətdə gözlənilən kadr dəyişiklikləri ilə bağlı sualı belə cavablandırıb.

O bildirib ki, sözügedən məsələ ilə bağlı suallar tükənib, çünki İrakli Kobaxidze hökumətin rəhbəri kimi artıq hökumətlə bağlı kadr qərarı barədə geniş danışıb.

“Hökumətin rəbəri İrakli Kobaxidzedir və nə edəcəyini, necə edəcəyini özü qərar verir. Düşünürəm ki, bütün nazirlər yerindədir və işlərini davam etdirir. İrakli Kobaxidze bu qərar haqqında geniş danışıb. Ona görə də suallar tükənib. Baş nazirin hökumətin fəaliyyəti, nazirlərin səlahiyyətləri, onların fəaliyyəti ilə birbaşa əlaqəsi var. Bir daha təkrar edirəm, o, hökumətlə bağlı nə edilməli və hansı qərarın verilməli olduğunu ən yaxşı bilir”- deyə Kaxa Kaladze açıqlayıb.