Kaxa Kaladze - Hesabatımı təqdim edərkən, müxalifət də burada olsa sevinərdim, biraz əylənərdik
Kaxa Kaladze - Hesabatımı təqdim edərkən, müxalifət də burada olsa sevinərdim, biraz əylənərdik

Paytaxtın meri Kaxa Kaladze bəyan etdi, müxalifət o Tbilisi Sakrebulosunda hesabat təqdim edərkən iştirak etsə çox sevinərdi.

Merin dediyinə görə, müxalifətin Tbilisililər qarşısında üzərlərinə düşən məsuliyyəti götürmədiyi və həyata keçiriləcək önəmli layihələrin müzakirəsində iştirak etmədiyinə görə, çox təəssüflənir.

“Biz demokratik Gürcüstanda yaşayırıq, onların gəlməmələri isə, öz qərarlarıdır. Hər bir siyasi partiya öz yolunu seçir. Onlar burda olsalar mən sevinərdim, hətta iclas biraz əyləncəli keçərdi . Təəssüf ki, bu müxalifətin öhdəliklərindən baş qaçırdmasının ilk halı deyil. Hər zaman olduğu kimi, bugün də onlar Tbilisililər üçün önəmli olan layihələrin müzakirəsində iştirak etmədilər” – dedi Kaladze.