Kaxa Kaladze - Hər bir vətəndaşın rifahı hiss etməsi üçün ölkədə əmin-amanlığın qorunması, iqtisadi inkişaf prinsipial əhəmiyyət kəsb edir
Kaxa Kaladze - Hər bir vətəndaşın rifahı hiss etməsi üçün ölkədə əmin-amanlığın qorunması, iqtisadi inkişaf prinsipial əhəmiyyət kəsb edir

 
Hər bir vətəndaşın rifahı hiss etməsi üçün ölkədə əmin-amanlığın qorunması, iqtisadi inkişaf prinsipial əhəmiyyət kəsb edir- bu haqda paytaxtın meri Kaxa Kaladze açıqlayıb.

Kaladzeyə, ölkədə müharibəni kimin istədiyi və İrakli Ğaribaşvilinin baş nazirliyi dövründə ölkəni kimdən qoruduğuna dair sual ünvanlayıblar.

“İkinci cəbhə ilə bağlı kənardan verilən açıqlamaları yada sala bilərik. Bəyanatları bu gün siyasi partiya kimi təmsil olunan konkret radikallar verirdilər. Sanksiyalarla bağlı açıq şəkildə “yox” deyəndə hansı bəyanatların verildiyi yadıma düşür– Gürcüstana bombaların yağmasını bu bəyanatlardan üstün tuturam və s. deyə bəyanatlar verirdilər, bu dərinliklərə daxil olmayacağam. Regionda, dünyada baş verən mürəkkəb geosiyasi vəziyyətdə hər bir vətəndaşın rifahı hiss etməsi üçün ölkədə əmin-amanlığın qorunması, iqtisadi inkişaf prinsipial əhəmiyyət kəsb edir “- deyə Kaxa Kaladze açıqlayıb.