Kaxa Kaladze - heç kim Karl Hartseli təhqir etməyib, insanlar öz fikirlərini ifadə ediblər
Kaxa Kaladze - heç kim Karl Hartseli təhqir etməyib, insanlar öz fikirlərini ifadə ediblər

 
Heç kim Karl Hartseli təhqir etməyib, insanlar öz fikirlərini ifadə ediblər-bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Jurnalistlər Kaxa Kaladzeyə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanın-“Karl Hartsel haqqında şərhləri dinləyərkən sarsıntı keçirirdim, onun Gürcüstana kömək etmək üçün böyük istəklə çalışdığı şeyi tam dəstəkləyirəm” deyə bu gün verdiyi bəyanatı ilə bağlı sual ünvanlayıblar.

Kaladze, istənilən şəxsin öz fikrini bildirmək imkanının olduğunu bildirib.

“Tənqiddə nə demək istədiyini deyə bilmərəm. Bildiyim qədərilə, heç kim təhqir etməyib . İnsanlar öz fikirlərini bildiriblər. Əsas odur ki, bütün bunlar nəzakət çərçivəsində olsun. İstənilən şəxsin istənilən şəxs haqqında öz fikrini bildirmək imkanı var”- deyə Kaxa Kaladze bildirib.