Kaxa Kaladze - heç bir kritik vəziyyət yoxdur, bu, yaradıcısı Mixeil Saakaşvilinin özü olan məqsədyönlü şəkildə səhnələşdirilmiş tamaşadır
Heç bir kritik vəziyyət yoxdur, bu, əsas yaradıcısı və iştirakçısı Mixeil Saakaşvilinin özü olan məqsədyönlü şəkildə səhnələşdirilmiş tamaşalardır – bu barədə paytaxtın meri Kaxa Kaladze açıqlayıb.
Kaladzenin qeyd etdiyi kimi, cinayət törətmiş bütün cinayətkarlar qanun qarşısında cavab verməlidirlər.
“Ümumiyyətlə, hər şey səhnələşdirilib, rüsumsuz mal kimi gətirilməsi ilə başlamış bu gün şahid olduğumuz şou və konsertlərlə davam etmiş, bunlar məqsədyönlü şəkildə səhnələşdirilmiş, öz aktyorları olan tamaşalardır, müxtəlif ölkələrdən keçirilir, PR kampaniyasının necə aparılmasına dair müxtəlif müqavilələr bağlanılıb” -deyə Kaladze açıqlayıb.
Cəzanın təxirə salınması ilə bağlı prezidentin mövqeyi necə olmalıdır sualına Kaxa Kaladze belə cavab verib: “Bu, prezidentdən asılıdır. Əgər prezident bu qərarı qəbul edərsə, əminəm ki, şəxsən onun özü və karyerası üçün çox çətin olacaq. Ən ağır qərar olacaq, bilmirəm, bəlkə prezidentin özündən soruşasınız”.
Yanvarın 4-də müxtəlif ölkələrin paytaxtlarında Mixeil Saakaşviliyə dəstək aksiyalarının planlaşdırılması ilə bağlı suala Tbilisi meri belə cavab verib: “Heç nə, söhbətin əvvəlində izah etdiyim tamaşanın bir hissəsidir”.