Kaxa Kaladze - Hazırkı hakimiyyət ölkədə sülhün qorunması üçün praqmatik siyasət həyata keçirir
Hazırkı hakimiyyət ölkədə sülhün qorunması üçün praqmatik siyasət həyata keçirir-bu barədə paytaxtın meri Kaxa Kaladze açıqlayıb.
Kaxa Kaladze bildirib ki, iqtisadi cəhətdən güclü Gürcüstan öz ərazi bütövlüyünü bərpa edə biləcək.
“Milli Hərəkat” öz şüursuz siyasəti ilə bu gün sahib olduğumuz nəticəni bizə gətirən siyasi komandadır. Ölkəmizin bədbəxt əhalisi, həlak olan qəhrəman əsgərləri, dinc əhali, itirilmiş ərazilər, kəndlər, dağıdılmış infrastruktur – bunu əldə etdik. İndiki hakimiyyət ölkədə sülhün qorunması üçün praqmatik siyasət həyata keçirir. Sülhün qorunması bizə iqtisadi cəhətdən güclənmək imkanı verir. İqtisadi cəhətdən güclü Gürcüstan ərazi bütövlüyünü bərpa edə və abxaz, osetin qardaşlarımızı geri qaytara biləcək”- deyə Kaxa Kaladze Tamaz Qinturinin qətli ilə bağlı sualı cavablandırarkən bildirib.