Kaxa Kaladze - "hari-harale" və müəyyən olunmamış fəaliyyətlər başa çatdı
Kaxa Kaladze - "hari-harale" və müəyyən olunmamış fəaliyyətlər başa çatdı

“Hari-harale” və müəyyən olunmamış fəaliyyətlər başa çatdı, – bu barədə Tbilisi meri, Kaxa Kaladze jurnalistlərə “Sveti” tikinti şirkətinin tikinti icazısinin dayandırılması ilə bağlı bəyan etdi.

Onun dediyinə görə, şirkət hər şeyi səhmana salmalıdır.

” “Sveti” şirkətinə gəldikdə, onun ciddi pozuntuları var. Bir başa deyə bilərəm ki, tikintini qeyri qanuni həyata keçirirdilər. Biz paytaxtda qanunsuz tikinti həyata keçirməyə heçkimə imkan verməyəcəyik. “Hari-harale” və müəyyən olunmamış fəaliyyətlər başa çatdı. Müvafiq olaraq şirkət hər şeyi səhmana salmalıdır”, – Kaxa Kaladze bəyan etdi.

Bununla yanaşı, onun dediyinə görə, yanğın təhlükəsizliyi baxımından müvafiq qərarlara əhəmiyyətli dəyişikliklər edildi.